• şənbə, 27 Aprel, 02:10
  • Baku Bakı 14°C

Sarrinin Ronaldo problemi

28.02.20 14:00 1046
Sarrinin Ronaldo problemi
"Yuventus”un sabiq futbolçusu Emanuel Cakkerini komandanın oyun sistemindəki problem barədə danışıb.
Kaspi.az xəbər verir ki, Emmanuel Ronaldonun Yuve”nin baş məşqçisi Sarri üçün problemə çevrildiyini bildirib. O, komandanın hücum xəttində Mancukiçin daha effektli ola biləcəyini vurğulayıb:
"Yuventus” iti ötürmələr hesabına futbol oynadan məşqçi dəvət etməklə spesifik seçim edib. Biz bu oyun modelini "Napoli”də görmüşük. Amma komandada Ronaldo olanda bu sistemdən yararlanmaq çətin olur.
Portuqaliyalıdan bir sıra işləri tələb etmək olmaz. Ona görə də Sarri çətinliklə üzləşib. Hesab edirəm ki, Sarrinin modeli üçün Mancukiç daha ideal variant olardı. Amma klub başqa varianta üstünlük verir. "Yuventus” Ronaldo üçün oynayır. Ona görə də Sarrinin bu sistemə adaptasiya olunması lazımdır.
banner

Oxşar Xəbərlər