• cümə axşamı, 25 aprel, 16:49
  • Baku Bakı 23°C

Samir BƏƏ-yə gedib və yoxa çıxıb

20.04.20 15:30 606
Samir BƏƏ-yə gedib və yoxa çıxıb
Belçikanın "Anderlext” klubu fransız futbolçusu Samir Nəsri ilə heç cür əlaqə saxlaya bilmir.
Kaspi.az xəbər verir ki, koronavirusa görə Belçika çempionatında fasilə elan edilib. Klub rəhbərliyi futbolçulara tapşırıb ki, mütəmadi olaraq əlaqə saxlasınlar və gündəlik məşqlər barədə məlumat versinlər.
Bu tapşırığa hamı əməl edir, təkcə Nəsridən başqa. Nəsri Birləşmiş Ərəb Əmirliklərinə getdikdən sonra onunla əlaqə yoxdur. Futbolçu sosial şəbəkə hesablarını da bağlayıb. O, "insataqram”da sonuncu dəfə aprelin 1-də görünüb.
"Anderlext” bu intizamsızlığına görə Nəsri ilə müqaviləni birtərəfli qaydada pozmağı planlaşdırır. Samir Belçika klubuna 2019-cu ilin yayında keçib.
banner

Oxşar Xəbərlər