Ronaldo maşınlarının sayını, pulunun miqdarını açıqladı
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo maliyyə durumu barədə
danışıb.
Kaspi.az xəbər verir ki, Ronaldo bank hesabında xeyli pulun olduğunu
bildirib. O, avtomobillərinin sayını da açıqlayıb:
"Doğrudur ki, mənim yarım milyarda qədər vəsaitim var? Hesab edirəm
ki, hə. Əslində buna yüz faiz əmin də deyiləm, amma bilirəm ki, bank hesabımda
xeyli pul var.
Mənim maşınlarımın sayı? 17 avtomobilim var. Ən çox da "Polls-Roys”da gəzməyi xoşlayıram.
Bundan əlavə, hərəsindən iki ədəd "Buqatti”, "Ferrari” və "Maklaren”im var”.