• cümə axşamı, 18 aprel, 19:45
  • Baku Bakı 21°C

“Real” onu havayı əldə etməyin yolunu tapıb

08.07.20 13:30 751
“Real” onu havayı əldə etməyin yolunu tapıb
"Real” PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, PSJ rəhbərliyi isə Kilianı satmaq niyyətinin olmadığını dəfələrlə bildirib. Amma futbolçu özü də "Real”da oynamaq istədiyinə bir neçə dəfə işarə edib.
Deyəsən, "Real” klubu taktikanı dəyişib. PSJ-nin Mbappeni buraxmaq niyyətinin olmadığını anlayan "kral klubu”nun rəhbərliyi, onu, Paris nəhənginə bir qəpik də ödəmədən əldə etməyi planlaşdırır.
Bu plana əsasən, Mbappe 2022-ci ilin yayında (onun PSJ ilə müqaviləsi həmin vaxt başa çatır) azad agent kimi keçəcək. Kilian PSJ ilə müqaviləni uzatmayıb 2022-ci ildə "Real”a keçsə, imza üçün 100 milyon avro bonus əldə edəcək.
banner

Oxşar Xəbərlər