AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Real” Mbappedən imtina edir, onu almaq üçün

“Real” Mbappedən imtina edir, onu almaq üçün

İdman
25 Fevral 2020, 14:30 1024
"Real” PSJ-nin futbolçusu Kilian Mbappenin transferindən imtina edə bilər. 
 
Kaspi.az xəbər verir ki, "kral klubu” Dortmund "Borussiya”sının hücumçusu Erlinq Holanda maraq göstərir. Məlumata görə, "Real” rəhbərliyi Holandı transfer etmək üçün Mbappedən imtina etməyi planlaşdırırlar. Onlar bütün gücü Hollandın transferinə yönəltmək üçün bu addımı atmaq niyyətindədirlər. 
 
19 yaşlı Holand Norveç futbolunun yetirməsidir. O, "Borussiya”ya bu ilin yanvarında Avstriya "Salsburq”undan keçib. Dortmund klubu ona görə 20 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb. 
 
Holand "Borussiya”da bütün turnirlərdə 8 oyun keçirib, 11 qol vurub.