• cümə, 29 Mart, 13:57
  • Baku Bakı 14°C

Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

01.02.23 16:00 5032
Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

İngiltərə Premyer Liqasının klubları qış transfer dönəmində oyunçu keçidlərinə xərclənən pula görə yeni rekorda imza atıblar.

“Report” xəbər verir ki, elitanın 20 komandası 2023-cü ilin yanvarında futbolçu transferinə ümumilikdə 923 milyon avro xərcləyib.

Bu isə 2018-ci ildə müəyyən edilmiş 486 milyon avroluq rekorddan təxminən ikiqat artıq məbləğdir. 2022-ci ildə klublar qış fasiləsində 333 milyon avro xərc çəkiblər.

Premyer Liqa təmsilçiləri 2022/2023 mövsümündə ümumi xərclərə görə də rekordu yeniləyiblər. Klublar yayda və qışda ümumilikdə 3,17 milyard avroluq xərcə düşüblər.

banner

Oxşar Xəbərlər