Poqba pul yığır
"Mançester
Yunayted”in futbolçusu Pol Poqba sosial şəbəkədə aksiyaya başlayıb.
Kaspi.az xəbər
verir ki, Poqba "instaqram”da elan etdiyi aksiyada pul toplayır. O, yığılan vəsaiti
koronavirusla mübarizə üçün UNİCEF-in hesabına köçürəcək. Martıqn 15-də 27 yaşı
tamam olan Poqba "insatqram”da belə yazıb:
"Bu gün mənim
doğum günümdür. Xoşbəxtlikdən, ailəm, yaxınlarım sağlamdırlar. Ancaq hazırda bu
o qədər də önəm kəsb etmir.
Bir halda ki,
koronavirus milyonlarla insanın həyatını təhdid edirsə. Belə məqamda biz
birlikdə hərəkət etməliyik”.