• cümə, 19 Aprel, 12:35
  • Baku Bakı 25°C

Polislər sosial məsafəni gözləməyən fanatları döydü

02.07.20 11:21 721
Polislər sosial məsafəni gözləməyən fanatları döydü
Danimarka kubokunun finalında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Olborq” – "Syonneryusk” qarşılaşması ən azı 15 dəqiqə dayandırılıb. Buna səbəb isə azarkeşlərin sosial məsafəni gözləməməyi olub.
Final qarşılaşması üçün hər kluba 725 bilet verilib və tələb edilib ki, sosial məsafə gözlənilsin. Amma "Olborq”un fanatları bu tələbi yerinə yetirməyiblər. Qarşılaşma 30-cu dəqiqədə dayandırılıb.
Əvvəlcə qaydanı pozanlara klub rəhbərliyi müraciət edib. Amma fanatlar rəhbərliyin sözünə qulaq asmayıblar. Bundan sonra polis hərəkət keçib və fanatları dubinka il döyərək stadiondan çıxarıblar.
Maraqlıdır, polis fanatları stadiondan çıxardandan sonra onları yerdə bir-birinə daha yaxın oturdub.
Qarşılaşma isə "Syonneryusk”un qələbəsi ilə yekunlaşıb – 2:0.
banner

Oxşar Xəbərlər