• cümə, 26 Aprel, 21:17
  • Baku Bakı 22°C

Onun ideyasından imtina olunmalıdır?

20.04.20 16:07 680
Onun ideyasından imtina olunmalıdır?
FİFA-nın sabiq prezidenti Jozef Blatter qurumun hazırkı prezidenti Canni İnfantinonun idyeasından imtina etməli olduğunu bildirib.
Kaspi.az xəbər verir ki, İnfantino dünya çempionatında 48 komandanın iştirakını təklif edib. Blatter vurğulayıb ki, pandemiya dövründə bu ideyanı gerçəkləşdirmək asan olmayacaq:
"Mən əminəm ki, pandemiya İnfantinonun bu ideyasından imtina etməsinə səbəb olacaq. Hesab edirəm ki, indiki vaxtda bir qədər geri qayıtmaq lazımdır.
Bizim vaxtımızda ilk sırada milli çempionat, sonra konfederasiyalar, daha sonra isə mundial dururdu.
Belə vaxtda mundialda komandaların sayını artırmaq olmaz. Bu, sadə iş deyil. İndi öncə milli çempionatlar bərap edilməli, onların inkişafı təmin olunmalıdır. Ondan sonra isə beynəlxalq turnirlər haqda düşünmək olar”.
banner

Oxşar Xəbərlər