"Neftçi"nin Konfrans Liqasındakı rəqibini bir futbolçu tərk edib
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubunda ayrılıq baş verib.
"Report" xəbər verir ki, Vyana klubunun sağ cinah müdafiəçisi Lukas Zultsbaxer klubdan ayrılıb.
7 yaşından "Rapid"də olan 22 yaşlı futbolçu Avstriyanın digər klubu "Tirol"a keçib.