• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Messi PSJ-yə ildə 700 milyon avro qazandırıb

24.06.22 16:00 763
Messi PSJ-yə ildə 700 milyon avro qazandırıb

Argentina milli komandasının futbolçusu Lionel Messi ilə müqavilə Fransanın PSJ klubuna ildə 700 milyon avro qazanc imkanı verib.

Kaspi.az-ın Marca"ya istinadən məlumatına görə, bura imic, marketinq və oyunların keçirilmə hüquqlarından gəlirlər daxildir.

Messinin transferi PSJ-nin 10 yeni sponsor müqaviləsi bağlamasına və klubun sosial şəbəkə hesablarında istifadəçi sayını 15 milyona çatdırmağa şərait yaradıb.

Paris təmsilçisi ilk dəfə bir futbolçunun geyiminin 10 milyondan çox surətini satıb.

Qeyd edək ki, bu gün Lionel Messinin 35 illik yubileyidir. O, PSJ-yə 2021-ci ildə azad agent kimi keçib və 34 oyunda 11 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb. Tərəflər arasında müqavilə daha bir il qüvvədədir.

banner

Oxşar Xəbərlər