AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını açıqladı

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını açıqladı

İdman
14 İyun 2013, 16:14 1155
Fransanın “Lans” klubu azərbaycanlı iş adamı Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən bəyan edib. Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında yerləşdirilmiş kommunikedə bildirilir.

Qeyd olunur ki, “Lans”ın baş sponsoru “Kredit Agricole Nord de Franse” klubun yenilənməsi barədə tender şərtlərini öyrənib. Bundan sonra “Lans”ın prezidenti Jerve Martel və investor tərəfdaş Hafiz Məmmədovla eksklüziv danışıqlara başlanılması qərara alınıb.

Qeyd edək ki, Hafiz Məmmədov “Baghlan Group” şirkətinin sahibi və “Bakı” klubunun prezidentidir. Onun təşəbbüsü ilə İspaniya “Atletiko”su ilə də əməkdaşlıq müqaviləsi bağlanılıb. “Lans” klubu 1906-cı ildə təsis olunub. Hazırda Fransanın 2-ci liqasında çıxış edən klub 1997-1998-ci il mövsümündə ölkə çempionu olub. Bu komanda 4 dəfə çempionatın gümüş, 2 dəfə bürünc medalını, Liqa Kubokunu və UEFA İntertoto Kubokunu qazanıb.