• çərşənbə, 24 Aprel, 11:08
  • Baku Bakı 13°C

“İnter” sponsorunu dəyişir?

17.03.20 14:36 1367
“İnter” sponsorunu dəyişir?
İtaliya "İnter”i "Nike”la 20 illik əməkdaşlığı yekunlaşdıra bilər.
Kaspi.az xəbər verir ki, "Adidas” "İnter”lə əməkdaşlığa maraq göstərir. "Nike” texniki sponsorluğa görə hər mövsüm "İnter”in büdcəsinə 10 milyon avro ödəyir.
Bu da digər Avropa nəhənglərinin sponsorluq müqavilələrini nəzərə aldıqda, olduqca aşağı rəqəmdir. Məsələn, "Adidas” "Yuventus”a hər mövsüm 51 milyon avro ödəyir.
Hazırda "Adidas” İtaliya futbolunda yalnız "Yuventus”la əməkdaşlıq edir. Kompaniya A seriyasında əhatə dairəsini genişləndirməkdə maraqlıdır. "Adidas” "Milan”la əməkdaşlığa ötən il son verib. Ona görə də "İnter”lə əməkdaşlıq cəlbedici sayıla bilər.
"İnter”in baş direktoru Cüzeppe Marotta "Yuventus”da çalışarkən "Adidas”la bağlanan müqavilədə müstəsna rol oynayıb. "İnter”də ümid edirlər ki, Marotta əlaqələrindən yararlanaraq hazırkı klubu üçün də cəlbedici müqavilə bağlaya bilər.
banner

Oxşar Xəbərlər