• cümə, 19 Aprel, 19:55
  • Baku Bakı 24°C

İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

09.11.22 17:30 865
İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.

Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.

Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.

banner

Oxşar Xəbərlər