• cümə, 29 Mart, 13:58
  • Baku Bakı 14°C

İki gündə 75,5 milyon xərclədilər

23.05.19 14:15 727
İki gündə 75,5 milyon xərclədilər
Deyəsən, Dortmund Borussiya”sı növbəti mövsüm çempion olmağı hədəfləyib.
Kaspi.az xəbər verir ki, Bundesliqada mövsümün bir neçə gün əvvəl yekunlaşmasına baxmayaraq, "Borussiya” artıq səs-küylü transferlər gerçəkləşdirib. Dortmundlular artıq yeni futbolçuları transferi üçün 96,5 milyon avro xərcləyiblər.
"Borussiya” "Barselona”dan Pako Alkaserin müqavilə hüququnun alınmasına 21 milyon sərf edib. "Hoffenhaym”ın müdafiəçisi Niko Şults üçün 25 milyon avro ödənilib.
"Bayser”dən hücumameyilli yarımmüdafiəçi Yulian Brandta görə 25, Münhenqaldbax "Borussiya”sının vingeri Torqan Azar üçün 25,5 milyon avro ödənilib.
Bu 3 transferə sərf edilən 75,5 milyon avro son 2 gündə xərclənib.
banner

Oxşar Xəbərlər