• cümə axşamı, 28 mart, 19:56
  • Baku Bakı 13°C

Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək

19.10.19 18:45 1343
Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək
Çinin Uxan şəhərində Hərbçilərin VII Dünya Oyunları start götürüb.
AZƏRTACxəbər verir ki, 109 ölkədən 9 min 300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb.
Oktyabrın 21-dən 24-dək güləşin hər növündə 4 Olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (74 kq), yunan-Roma güləşində Murad Bazarov (60 kq), Mikayıl Rəhmanov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (87 kq), qadın güləşində isə Tatyana Varansova (53 kq) təmsil edəcəklər.
Güləşçilərimiz yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaqlar.
banner

Oxşar Xəbərlər