• cümə axşamı, 16 oktyabr, 23:14
  • Baku Bakı 16°C

Hələ iki il əvvəl eşidib ki...

02.05.20 13:30 745
Hələ iki il əvvəl eşidib ki...
"Real”ın futbolçusu Marselonun "Yuventus”a keçəcəyi ilə bağlı məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, Marselo bu məsələyə münasibət bildirib. O, "kral klubu”nda qalmaq istədiyini vurğulayıb:
"Hələ iki il əvvəl eşitmişdim ki, "Yuventus”la müqavilə bağlamışam. İnsanlar müxtəlif xəbərlər uydururlar. Amma onu da deyim ki, "Yuventus” azarkeşlərinin bu xəbəri bəyənməsini görməkdən məmnun oldum.
"Real”ı tərk etmək istəmir. Heç klubun da məni buraxacağına inanmıram. Mənə Madriddə çox yaxşıdır. Ailəm də burda yaşayır və şəhəri bəyənir”.
Marselo "Yuventus”un şərəfini 2007-ci ildən qoruyur.
banner

Oxşar Xəbərlər