Hamı koronavirusdan zərər görür, onlar qazanır
Dünyanın
əksər ölkələrində futbol çempionatı koronavirusa görə dayandırılıb.
Kaspi.az
xəbər verir ki, Belarus çempionatı isə nəinki koronavirusdan ziyan görür, əksinə,
pul qazanır. Hazırda pandemiyanın geniş yayılmasına baxmayaraq, Belarusda
çempionat davam edir. Artıq dünyanın bir neçə ölkəsi Belarus çempionatını
yayımlamağa maraq göstərir.
Belarus
Futbol Federasiyasının təxminən 10 ölkə ilə yayım müqaviləsi bağladığı
bildirilir. Onların arasında Rusiya, İsrail, Hindistan və Bolqarıstan da var.
Avropada
davam edən yeganə çempionat olan Belarusda artıq 2 tur oynanılıb.