• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək

23.05.19 15:07 701
“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək
Bəhreynin "Gulf Air” aviaşirkəti "Çelsi” və "Arsenal” azarkeşlərinin Bakıya səfərini asanlaşdırmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına uçacaq təyyarəni modernləşdirib
Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, "Gulf Air” çox sayda azarkeşin Bakıya səfərini təmin etmək üçün "Boeing 787-9 Dreamliner” flaqman təyyarəsindən istifadə edəcək.
Həmin təyyarə ilk dəfə Bəhreyn-Bakı reysi ilə uçuş keçirəcək. Ekonom bölmədə 256 və "Falcon Gold” bölməsində 26 yerlə "Boeing 787-9 Dreamliner” Bakıya müntəzəm uçan digər təyyarələrdən daha böyükdür.
"Gulf Air” aviaşirkəti Bakıya həftədə 5 reys həyata keçirir.
Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda "Çelsi” və "Arsenal” komandaları üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər