• cümə, 26 Aprel, 10:19
  • Baku Bakı 12°C

Gedəcəyinə işarə etdi : “Avroliqa oyunçusu deyiləm”

10.07.20 14:00 787
Gedəcəyinə işarə etdi : “Avroliqa oyunçusu deyiləm”
Zlatan İbrahimoviç gələcək karyerası ilə bağlı danışıb.

Kaspi.az xəbər verir ki, İbra "Milan”da qalmayacağına işarə edib. O, Avroliqa futbolçusu olmadığını vurğulayıb:

"İbra ona görə oynayır ki, nəsə qazansın, əks təqdirdə evdə oturaram. Onlar mənə dedilər ki, Amerikaya getmək ən asan yoldur. Ona görə də Milana qayıtdım.

Bura yalnız ehtiras üçün gəlmişəm. Əsasən havayı oynayıram. Mən futbol oynamaq üçün doğulmuşam. Hələ də futbolda ən yaxşıyam.

Baxaq görək, 2 aydan sonra özümü necə hiss edəcəyəm. Klubda nə baş verəcəyini də nəzərə almalıyam. Əgər hər şey indiki kimi olsa, düzünü deyim ki, burda qalmayacağam.

Nə İbrahimoviç Avropa Liqasının oyunçusudr, nə də "Milan” bu liqanın komandasıdır”.


banner

Oxşar Xəbərlər