Gecikdinsə, 23 min ödəyəcəksən

Gecikdinsə, 23 min ödəyəcəksən

İdman
13 Noyabr 2019, 14:23 280
"Çelsi”nin baş məşqçisi Frenk Lempard klubda yeni cərimə sistemi tətbiq edib.
 
Kaspi.az xəbər verir ki, ən böyük cəriməni məşqə gecikən futbolçular ödəyəcəklər. Məşqə gecikən hər kəs 23 min funt itirəcək. 
 
Bazadan kənarda zədələnən və ya istirahət günləri xəstələnən futbolçular bu barədə məlumat verməyəcəkləri halda, 1 min funt cərimə olunacaqlar. 
 
Klub həkiminin yanına və ya avtobusa gecikənlər 3 min zərərə düşəcəklər. Klub yığıncağında və ya yeməkxanada telefonuna zəng gələnlər isə 1,1 min funt cərimə olunacaqlar. 
 
Cərimələr 14 gün ərzində ödənilməlidir. Cərimələrdən əldə ediləcək vəsait xeyriyyə işlərinə və klubdaxili tədbirlərə xərclənəcək.