Filosof Ronaldo: Gecədən sonra səhər olur

Filosof Ronaldo: Gecədən sonra səhər olur

İdman
24 Sentyabr 2019, 12:30 133
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo sosial şəbəkədə fəlsəfi status paylaşıb. 
 
Kaspi.az xəbər verir ki, Ronaldo bu statusu FİFA ilin  ən yaxşı futbolçusunu elan etdikdən sonra yazıb. Messinin qalib olduğu səsvermədə Ronaldo 3-cü yeri tutub. Böyük ehtimalla, Ronaldo bu statusla sorğunun nəticələrini qəbul etmədiyinə işarə edib: 
 
"Peşəkarı həvəskardan ayıran iki keyfiyyət var: səbir və inadkarlıq. Bu gün böyük olan hər şey çox kiçikdən başlayıb.
 
Siz hər şeyi edə bilməzsiniz, amma mümkün olan hər şeyi etmək olar ki, arzularınız həyata keçsin.  
 
Və nəzərə alın ki, gecədən sonra həmişə səhər olur”.