“Çelsi”dən gedir, ya “Barsa”ya, ya da...
"Çelsi”nin
yarımmüdafiəçisi Villian klubla müqaviləni uzatmaq niyyətində deyil.
Kaspi.az
xəbər verir ki, braziliyalı futbolçu klubla yeni müqavilə şərtlərində razılıq əldə edə bilməyib.
Onun qüvvədə olan anlaşması bu ilin yayında başa çatır. Villian məsələ ilə
bağlı belə açıqlama verib:
"Onlar 2
illik müqavilə təklif etdilər. Mən isə 3 illik tələb etdim. Razılaşmadıq.
Danışıqlar başa çatdı”.
Artıq
futbolçuya maraq göstərən klublar da var. Avropanın iki nəhəng klubu "Barselona”
və PSJ onun xidmətində maraqlıdır.
31 yaşlı
braziliyalı "Çelsi”də 2013-cü ildən çıxış edir.