Əfsanəvi “canavar” karyerasını bitirdi

Əfsanəvi “canavar” karyerasını bitirdi

İdman
07 Yanvar 2020, 11:51 151
"Roma”nın sabiq kapitanı Daniel Rossi karyerasını bitirib. 
 
Kaspi.az xəbər verir ki, Rossi Argentinanın "Boka Xuniors” klubunda çıxış edir. Bu barədə məlumatı Rossi özü verib: 
 
"Mənim ciddi zədəm və digər problemim yoxdur. Mən, sadəcə, ailəmin yanında olmaq istəyirəm. Xüsusən də qızım üçün darıxıram. O da mənim üçün darıxır. 
 
Mən karyeramı bitirməklə bağlı qərar verdim. Bu qərarım qətidir. Məni dilə tutmağa çalışdılar, fikirləşməyimi istədilər. Amma qərar verdim və bunda qorxulu heç nə yoxdur. 
 
Burda ürəyimin bir parçasını qoyuram.  Çoxları "Bombonera”da oynamağın, "Boka”nın paltardəyişmə otağında olmağın nə demək olduğunu bilmir. Bu, unikal təcrübədir. Əlbəttə, bundan sonra da futbol sahəsində çalışacağam”. 
 
Bir müddət əvvəl məlumat verilmişdi ki, Rossiyə "Roma”da iş veriləcək. O, 2000-2019-cu illərdə "Roma”da çıxış edib.  "Canavar”ların heyətində  459 oyun keçirib, 43 qol vurub.