“Dedilər ki, paltardəyişmə otağına get, vedrə dolub”
"Mançester Yunayted”in sabiq əməkdaşı Albert
Morqan "Sanderlend”lə oyun ərəfəsində üzləşdikləri problem barədə danışıb.
Kaspi.az xəbər
verir ki, səfər oyununa çıxan MY-nin paltardəyişmə otağında kanalizasiya xətti
sıradan çıxıb. Çirkli su isə futbolçuların paltarlarını yarasız hala salıb.
Morqan hadisəni belə şərh edir:
"Paltardəyişmə
otağına daxil olanda gördük ki, tavandan çirkli su damcılayır. Bizə dedilər ki,
kanalizasiya xətti sıradan çıxıb və damcılayan yerə vedrə qoydular.
Futbolçular vedrənin
başına fırlanaraq hərəkət edirdilər. Biz oyundan əvvəl isinmə hərəkətləri üçün
meydana çıxdıq. Bir neçə dəqiqədən sonra isə mənə dedilər ki, paltardəyişmə
otağına get, vedrə dolub.
Biz otağa
qayıdanda vedrəni zibil qutusu ilə əvəzləmişdilər. Və birdən tavandakı xətlərdən
biri partladı, çirkab hər yerə yayıldı – paltarlar, ayaqqabılar yararsız hala
düşdü. Berbatovun ayaqqabıları tamamilə çirkabın içində idi. Yalnız zərgərlik əşyalarını
və saatları götürə bildik.
Oyun başlamasına
isə 10 dəqiqə qalırdı. Bütün futbolçular "biz belə şəraitdə oynamayacağıq”
deyirdilər. Qarşılaşmanın startını 30 dəqiqə təxirə salmalı oldular”.