“Bavariya”nın prezidenti “Barsa”lını ittiham etdi

“Bavariya”nın prezidenti “Barsa”lını ittiham etdi

İdman
20 Sentyabr 2019, 12:23 141
"Bavariya”nın prezidenti Uli Höness "Barselona”nın qapıçısı Mark-Andre Ter Şteqeinin iradlarına münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Ter Şteqen Almaniya yığmasında ehtiyat qapıçı olmasından şikayətlənmişdi. O "Barselona”da əsas qapıçı olsa da, Almaniya yığmasında bunun nəzərə alınmadığını qeyd etmişdi. Höness bildirib ki, Noyer bir nömrə olduğu üçün yığmada əsas qapıçıdır: 
 
"Alman mətbuatı Ter Şteqeini elə təbliğ edir ki, sanki o, 17 dəfə dünya çempionu olub. O, yığmada bir nömrə olmağı tələb edə bilməz. Bu məsələdə heç bir başqa söhbətə yer yoxdur, Noyer bir nömrədir. 
 
Biz icazə vermərik ki, futbolçumuzun reputasiyasına zərbə vursunlar. Ter Şteqen yaxşı qapıçıdır. Ancaq bir nömrə Noyerdir. Noyer, sağlamlığı imkan verənə qədər də yığmada bir nömrə olacaq”.