“Barselona” azarkeşlərindən tərbiyəsiz hərəkət
"Barselona”
klubu əvəzedici komandanın oyununda baş verənlərlə bağlı araşdırmaya başlayıb.
Kaspi.az xəbər
verir ki, "Barsa”nın əvəzedici komandasının "Espanyol B” il görüşü zamanı
fanatlar tərbiyəsiz və rasist hərəkətlər ediblər. Onlar "Espanyol”un dünyasının
dəyişmiş sabiq futbolçusu Daniel Harkeni nəzərdə tutaraq belə şüar qışqırıblar:
"Əgər Harke qol vursa, bu, qüsursuz qol olacaq”.
Məlumata görə,
"Barsa” fanatları oyun ərzində rasist şüarlar da səsləndiriblər. Polis xuliqan
fanatları arenadan uzaqlaşdırıb.
Daniel Harke 26
yaşında ürəktutmasından vəfat edib.