• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

17.06.20 19:22 1154
Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi
Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Qeyd edək ki, pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin "A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.
Qeyd edək ki, "Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
banner

Oxşar Xəbərlər