AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər

Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər

İdman
20 Aprel 2021, 18:15 869
Bakı futbol üzrə Avropa çempionatı çərçivəsində daha çox matça ev sahibliyi edə bilər.
Trend-in məlumatına görə, bunu Avro-2020-nin Sankt-Peterburq üzrə təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
Onun sözlərinə görə, Avropa çempionatı müddətində stadionların azarkeşlərlə minimum 50 faiz dolması ilə bağlı təminat vermiş şəhərlər əlavə oyunlar keçirə bilər.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu stadionun 50 faiz doldurulacağını elan etmişdi.
UEFA yarışın ev sahibləri ilə bağlı yekun qərarı aprelin 23-də qəbul edəcək.
Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin 1 oyununun keçirilməsi nəzərdə tutulur.