AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın 7 idmançısı Dünya Kubokunda

Azərbaycanın 7 idmançısı Dünya Kubokunda

İdman
20 İyun 2013, 13:45 1135
Azərbaycanın akademik avarçəkənləri Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar. Lent.az-ın məlumatına görə, iyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı “Eton Dorney” Avarçəkmə Mərkəzində start götürəcək yarışda ölkəmiz 4 qayıq tipində 7 idmançı ilə təmsil olunacaq.

2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışları məhz bu idman qurğusunda baş tutub. Həmin vaxt təmsilçilərimizdən Aleksandr Aleksandrov finaladək irəliləməyi bacarıb. A. Aleksandrov yenidən “Eton Dorney”də qüvvəsini sınayacaq. O, həm 1 nəfərlik (M1X), həm də Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Elə B. Yotov da 1 nəfərlik qayıqla yürüşdə qüvvəsini sınayacaq. 1 nəfərlik yüngül çəkili qayıqda Fərid Saadov yer alacaq. 2 nəfərlik qoşa avarlı qayıqla həm də İvan Antov – Aleksandr Kornilov dueti çıxış edəcək. 2 nəfərlik sükansız qayıqla yürüşlərdə isə Luka Dordeviç – İqor Luçiç dueti mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.