• çərşənbə axşamı, 19 mart, 08:38
  • Baku Bakı 8°C

Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina bayraqla bəzədilib

03.08.22 12:45 677
Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina bayraqla bəzədilib

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina idmançları qəbul etməyə tam hazırdır.

"Report"un məlumatına görə, ölkə bayrağı ilə bəzədilən binanın üzərində Gənclər və İdman Nazirliyinin rəmzi olan AZE sözü yazılıb.

Artıq Azərbaycanın şef-de-missionu, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov Konyadadır. Nümayəndə heyətləri avqustun 5-i və 8-də çarter reysləri ilə Türkiyəyə yollanacaqlar.

Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək. Açılış mərasimi avqustun 9-da baş tutacaq. Avuqstun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.

banner

Oxşar Xəbərlər