cümə axşamı, 11 avqust, 06:58

Baku Bakı 22°C

Azərbaycan boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb

icon 2340 icon 15 aprel 2016 | 16:24 Azərbaycan boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb

Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb.
O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.
60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) 3:0 hesabı ilə qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.