• çərşənbə, 24 Aprel, 22:28
  • Baku Bakı 23°C

Azarkeşlər bayram edirlər

14.01.20 13:23 963
Azarkeşlər bayram edirlər
Ernesto Valverdenin "Barselona”dan istefaya göndərilməsi fanatları məmnun edib.
Kaspi.az xəbər verir ki, klub saytı Valverdenin istefaya göndərilməsini elan etdikdən sonra fanatlar bu qərarı sevinclə qarşılayıblar. Müxtəlif fanat qrupları barlarda Valverdenin istefaya göndərilməsini qeyd ediblər.
Fanatlar pivə içərək çılğıncasına sevinib, rəqs edib, mahnı oxuyub, şüarlar səsləndiriblər. "Barselona” Valverdenin rəhbərliyi altında 163 oyun keçirib. Komanda 108 oyunda (66 faiz) qalib gəlib, 35 oyunda heç-heçə (22 faiz) edib, 20 oyunda (12 faiz) isə məğlub olub.
banner

Oxşar Xəbərlər