• cümə, 19 Aprel, 10:19
  • Baku Bakı 13°C

Ayağı sındı, avtomobilin yük yerində apardılar

24.09.19 13:15 546
Ayağı sındı, avtomobilin yük yerində apardılar
Boliviya çempionatının 12-ci turunda keçirilən "Oriente Petrolero” – "Quabiroy” qarşılaşmasında kuryoz hadisə olub.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində "Oriente”nin müdafiəçisi Kuelyara ağır zədə alıb. O, ayağını sındırıb.
Həkimlərin ilkin müdaxiləsindən sonra futbolçunu xəstəxanaya aparmaq lazım olub. Stadionda təcili yardım maşını olsa da, sürücü olmayıb.
Əlacsız qalan həkimlər futbolçunu taksi ilə aparmalı olublar. Amma Kuelyaranı taksinin yük yerinə yerləşdiriblər. 180 sm boya malik olan futbolçunun avtomobilə rahat yerləşdirilməsi üçün başqa variant olmayıb.
30 yaşlı Kuelyara Boliviya yığmasının da üzvüdür.
banner

Oxşar Xəbərlər