AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa təsnifat turnirində Azərbaycanı 3 taekvondoçu təmsil edəcək

Avropa təsnifat turnirində Azərbaycanı 3 taekvondoçu təmsil edəcək

İdman
06 May 2021, 19:00 657
Mayın 7-də Bolqarıstanda taekvondo üzrə Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, paytaxt Sofiyada təşkil ediləcək yarışda Azərbaycanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə üç idmançı təmsil edəcək. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev gücünü sınayacaq. Qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
Yarışlar mayın 8-dək davam edəcək.
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.