• cümə, 26 Aprel, 11:00
  • Baku Bakı 12°C

Ağır etiraf

20.04.20 13:30 687
Ağır etiraf
"Derbi Kaunti”nin futbolçusu Ueyn Runi "Liverpul”un hücum xətti barədə danışıb.

Kaspi.az xəbər verir ki, Runi "Liverpul”un hücum xəttinin hazırda dünyada ən yaxşı olduğunu bildirib. O, bunu etiraf etməyin də olduqca ağır olduğunu deyib:

"Qolun vurulması futbolçuların qarşılıqlı anlaşmasından asılıdır. "Liverpul”un hücum xətti bunun üçün əla nümunədir.

Salah və Mane meydanın dərinliyindən hücumu başlayırlar və rəqibi öz cərimə meydançasına çəkilməyə məcbur edirlər. Roberto Firmino da topu qəbul etmək üçün dərinliyə çəkilir.

Rəqibin mərkəz müdafiəçiləri arxayınlaşırlar, nəticədə Salahla Mane sürətlə irəliləyərək boş zonalara çıxırlar. Bunu etiraf etmək çox ağırdır, amma deməliyəm ki, "Liverpul”un hücum xətti dünyanın ən güclüsüdür”.
banner

Oxşar Xəbərlər