• şənbə, 20 Aprel, 11:13
  • Baku Bakı 14°C

Açıq havada idman yarışlarının təşkilinə icazə verildi

29.05.20 17:20 880
Açıq havada idman yarışlarının təşkilinə icazə verildi
31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
banner

Oxşar Xəbərlər