• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

Avstriyalı futbolçu: "Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olacağıq"

22.03.23 14:30 711
Avstriyalı futbolçu: "Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olacağıq"

"Hər iki matçda rəqiblərimizdən daha çox topa sahib olacağıq. Amma bundan faydalanmaq da vacibdir".

 

"Report" xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Qernot Trauner AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl "Volksblatt" nəşrinə müsahibəsində deyib.

 

31 yaşlı müdafiəçi rəqiblərlə yaxından maraqlandıqlarını bildirib: "Biz onların heyətlərinə nəzər yetirmişik. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim "Feyenoord"dakı (Niderland) komanda yoldaşım Orkunun qardaşıdır".

 

Təcrübəli oyunçu iki görüşdə də meydana çıxmağa hazır olduğunu söyləyib: "Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olar. AVRO-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik".

 

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

banner

Oxşar Xəbərlər