• şənbə, 20 Aprel, 13:05
  • Baku Bakı 23°C

Avstraliyanın ən böyük liman şəhəri

17.09.22 02:45 1119
Avstraliyanın ən böyük liman şəhəri

Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney ölkənin ən böyük şəhəri olmaqla, möhtəşəm limanı və strateji mövqeyi ilə Cənubi Sakit okeanın ən mühüm liman şəhərlərindən biridir.

AZƏRTAC xəbər verir ki, XIX əsrin əvvəllərindən Avstraliya artıq Sakit okean adaları, Hindistan, Çin, Cənubi Afrika və Amerika ilə ticarət əlaqələri qurub.

Dünyanın ən gözəl şəhərlərindən olan Sidneyin mənzərəsi istər dənizdən, istərsə də havadan, həmişə möhtəşəmdir. Saysız-hesabsız körfəzləri və girişləri olan nəhəng limanı əhatə edən alçaq təpələrdə inşa edilmiş şəhərdə dünyanın ən uzun polad tağlı körpülərindən biri olan Sidney liman körpüsü və onun yanında qeyri-adi görünüşü ilə seçilən Opera evi üstünlük təşkil edir. Sidney şəhəri gündüz olduğu kimi gecələr də heyrətamiz təəssürat yaradır.

Qeyd edək ki, Avstraliyanın Sidney şəhəri dünyanın ən görməli və gözəl şəhərlərindən biri olaraq özünəməxsusluğu ilə seçilir.

banner

Oxşar Xəbərlər