• şənbə, 27 Aprel, 01:13
  • Baku Bakı 14°C

Avropa Şahmat İttifaqı Rusiyaya qarşı sanksiyanın müddətini uzadıb

24.07.22 18:00 638
Avropa Şahmat İttifaqı Rusiyaya qarşı sanksiyanın müddətini uzadıb

Rusiya və Belarus Şahmat Federasiyalarına qarşı sanksiyaların müddəti uzadılıb.

"Report"un məlumatına görə, bu barədə Avropa Şahmat İttifaqının (ECU) Baş Assambleyası qərar qəbul edib. ECU hər iki ölkənin milli komandalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb. Onlara yalnız Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynamağa icazə verilir.

Qeyd edək ki, Rusiya tərəfi apreldə Asiya Şahmat Federasiyasına üzv olmaq istədiyini açıqlayıb.

banner

Oxşar Xəbərlər