bazar ertəsi, 27 mart, 23:57

Baku Bakı 19°C

Avropa Liqasında mövsümün son püşkü atılıb

icon 194 icon 17 mart 2023 | 16:29 Avropa Liqasında mövsümün son püşkü atılıb

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Kaspi.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

Püşkatma nəticəsində, həmçinin, yarımfinal cütlükləri və final matçının nominal meydan sahibləri müəyyənləşib.

Yarımfinal

1. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) / "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
2. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) / "Bayer" (Almaniya) - "Union" (Belçika)

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.