çərşənbə, 17 Avqust, 17:09

Baku Bakı 35°C

Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

icon 207 icon 02 avqust 2022 | 12:15 Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

Bu barədə "Kaspi"yə Təhsil Nazirliyindən bildirilib.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.