çərşənbə, 05 Oktyabr, 18:48

Baku Bakı 23°C

Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək

icon 183 icon 16 avqust 2022 | 14:00 Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Kaspi.az-a bildirilib ki, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib:

18 avqust - biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi;

19 avqust - informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi;

20 avqust - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika;

22 avqust - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi;

23 avqust - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi;

24 avqust - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi;

25 avqust - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə.

Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.