• cümə axşamı, 28 mart, 23:27
  • Baku Bakı 13°C

Almaniyalı baş məşqçi Azərbaycan cüdo millisinə yeni fəlsəfə gətirib

15.06.22 17:00 581
Almaniyalı baş məşqçi Azərbaycan cüdo millisinə yeni fəlsəfə gətirib

Cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Riçard Trautmanın yığma üçün gələcək inkişaf fəlsəfəsi müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev açıqlama verib.

R.Nəbiyev bildirib ki, almaniyalı mütəxəssis onunla söhbətində sabit nəticələrin tərəfdarı olduğunu bildirib: "Trautman dedi ki, bizə üç-dörd ildən bir haradasa dünya çempionu olan cüdoçudansa, ardıcıl beş-altı il 5-ci yeri tutanların daha çox olması lazımdır".

Azərbaycanda cüdo üzrə yeganə dünya çempionu 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qızıl medal qazanmış Elxan Məmmədovdur. Son olimpiya çempionluğunu isə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Elnur Məmmədli əldə edib.

Xatırladaq ki, Riçard Trautman Azərbaycan millisinə fevralın 28-də baş məşqçi təyin olunub. O, 1992-ci il Barselona və 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bundan başqa hollandiyalı mütəxəssis Mark Van Der Ham performans direktoru kimi fəaliyyətə başlayıb.

banner

Oxşar Xəbərlər