• cümə, 19 Aprel, 10:39
  • Baku Bakı 13°C

AGF yerli yarışlar mövsümünə start verib

25.02.23 17:15 849
AGF yerli yarışlar mövsümünə start verib

Batut gimnastikası üzrə uğurla təşkil olunmuş ilin ilk beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası mövsümün birinci yerli yarışı - batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatını keçirib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda “Ocaq Sport” Klubu, klubun Qax bölməsi, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 94 idmançı (batut gimnastikası üzrə 62, tamblinq üzrə 32) mübarizə aparıb.

Hər iki növ üzrə idmançılar fərdi proqramda balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci), yeniyetmələr (2011-2012-ci), gənclər (2007-2010-cu) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə qüvvələrini sınayıblar.

Ən mötəbər yarışlarda uğur qazanan idmançılar ilk addımlarını məhz bu cür yarışlarda atırlar. Bununla yanaşı, yerli yarışlar həm karyeralarına yeni başlayan, həm də kifayət qədər peşəkarlığa malik gimnastlar üçün qarşıdakı turnirlərə hazırlıq baxımından təcrübə xarakteri daşıyır.

Qeyd edək ki, Azərbaycan birinciliyində paytaxtla yanaşı, bölgədən olan idmançılar da mübarizəyə qoşulmuşdu. Sevindirici haldır ki, yarışın qalibi sırasında “Ocaq Sport” klubunun Qax bölməsinin üzvlərini də görmək mümkün idi. Bu uğur bir daha ölkəmizdə gimnastikanın müxtəlif növlərinin paytaxtla yanaşı, bölgələrdə inkişafını bir daha nümayiş etdirir.

banner

Oxşar Xəbərlər