• çərşənbə axşamı, 09 iyun, 05:19
  • Baku Bakı 22°C

Abituriyent qəbul imtahanı gününə necə hazırlaşmalıdır? - EKSPERT RƏYİ

20.05.23 10:15 818
Abituriyent qəbul imtahanı gününə necə hazırlaşmalıdır? - EKSPERT RƏYİ

Universitetlərə qəbul imtahanları başlayır və hər il bu ərəfədə abituriyentlər nə qədər nəzəri biliklərə malik olsalar da, çox vaxt imtahanlara psixoloji cəhətdən hazır olmurlar, bununla yanaşı valideynlərin təzyiqi və dezinformasiyası da onlara mənfi təsir göstərir. Abituriyent imtahan zamanı nəyi necə yazacağını deyil, imtahandan sonrakı valideynlərin, çevrənin nə deyəcəyini düşünür və bu düşüncə ona əlavə həyəcan və stress gətirir. Bu stressin nəticəsində də o sağlam düşünə bilmir və bildiklərini də testə yansıda bilmir.

Bəs nə etməli, əsl həqiqətdə abituriyent qəbul imtahanı gününə necə hazırlaşmalıdır?

Əvvəlcə onu deyək ki, abituriyent qəbul imtahanı gününə əqli, fiziki və psixoloji cəhətdən özlərini hazırlamalı, bunun üçün əvvəlki illərin təcrübəsindən və təhsil pisxoloqlarından istifadə etməlidirlər.

İllərdir qəbul imtahanı üçün hazırlıqlara gedən, kifayət qədər əziyyət çəkən abituriyent bəzən həlledici gündə - qəbul günündə bütün zəhmətini ani diqqətsizlikdən məhv edir .Ya cavab kağızında düzgün kodlaşdırma aparmır və ya cavab kağızına su tökərək onu yararsız vəziyyətə salır. Qısası, ağlına gəlməyən başına gəlir.

Mütəxəssislər belə tövsiyə edirlər ki, imtahan günündən iki gün əvvəl hər cür mütaliəni dayandırmaq lazımdır. İki gün ərzində daimi yaşayış yerini dəyişmədən istirahət etmək , səndə mənfi emosiyalar yaradan insanlardan uzaq durmaq lazımdır. Səhər yuxudan tez durmaq, şəhərin şehli havasından udmaq, beyini oksigenlə qidalandırmaq və doyumlu səhər yeməyi yeməmək lazımdır, çünki doyumlu səhər yeməyi imtahan zamanı sizə yuxu gətirər.

Bunun əvəzində sizi uzun müddət toxdaq saxlayacaq qidalardan, şərbətlərdən və kokteyllərdən istifadə etmək lazımdır.

İmtahan zamanı ən yaxşı bildiyin fənnin ən yaxşı bildiyin mövzusundan başlamalısan ki, həm vaxt itirməyəsən, həm ruhdan düşməyəsən, həm də beynin yorulmasın.

İmtahan vaxtı ən çox həyəcan imtahan otağında sual kitabçasını gözləyərkən olur, bu vaxt " imtahan suallarının necə olacağını " yox, xoş bir xatirənizi yada salaraq gülümsəməyə çalışın. Təbəssüm həyəcanınızı xeyli azaldacaq.

Ən əsası isə valideynlərin üzərinə düşən məsuliyyətdir, qətiyyən uşaqlarımızı imtahan nəticələrinə görə təhdid etməyək. Onlara nəticələrindən asılı olmayaraq bizim üçün nə qədər dəyərli olduqlarını izah edək.

Orxan İSAYEV
Təhsil məsələləri üzrə ekspert

banner

Oxşar Xəbərlər