bazar, 29 Yanvar, 16:09

Baku Bakı 8°C

A seriyası klubu iki gün əvvəl istefaya göndərdiyi baş məşqçisini qaytarıb

icon 369 icon 18 yanvar 2023 | 17:30 A seriyası klubu iki gün əvvəl istefaya göndərdiyi baş məşqçisini qaytarıb

İtaliyanın A seriyası klubu “Salernitana” yanvarın 16-da istefaya göndərdiyi baş məşqçi Davide Nikolanı geri qaytarıb.

“Report” xəbər verir ki, bunu 50 yaşlı mütəxəssis özü açıqlayıb.

İtaliyalı məşqçi bildirib ki, klub prezidenti Danilo Yervolino ilə görüşərək, onu fikrindən daşındırıb: “Dünən klub prezidenti mənə zəng vuraraq, qərarın səbəblərini izah etdi. Ondan işdən qovulmağımı yenidən düşünməsini xahiş etdim və razılaşdı. İndi bütün gücüm və ehtirasımla rəhbərliyin etimadını qazanacağam”.

Qeyd edək ki, Davide Nikola A seriyasının XVIII turunda “Atalanta” ilə oyundan (2:8) sonra istefaya göndərilib. O, 2022-ci ilin fevralından komandaya rəhbərlik edir. “Salernitana” hazırda 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.