bazar ertəsi, 05 dekabr, 09:45

Baku Bakı 3°C

5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku

icon 265 icon 21 sentyabr 2022 | 18:00 5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "3sual.az" platformasının birgə təşkilatçılığı ilə “Müəllimlərin İntellekt Kuboku” keçiriləcəkdir.

“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək turnirdə müəllimlər 4-6 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparacaqlar. Turnirin nəticələrinə, əsasən, sonda ən güclü komandalar bizdən dəyərli hədiyyələr qazanacaqlar!

Oyunda iştirak etmək üçün 21 sentyabr 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.

Qeydiyyat üçün şərtlər:
1- Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.
2- Təqdim edilən excel formatda sifariş forması doldurulmalı 
3- Komandanın adı və kapitanı qeyd edilməlidir.
4- Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.

Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

-  Təqdim edilən excel formatda sifariş forması
 - Sifariş formasının skan versiyası
 - Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı

Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3yhnT5d