• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

20 dəqiqə əvvəl 95 mindən imtina etdi, 20 dəqiqə sonra... 

28.05.22 00:30 675
20 dəqiqə əvvəl 95 mindən imtina etdi, 20 dəqiqə sonra... 

“Liverpul”un xanım fanatı cəmisi 100 dollar yatırıma görə 95 min funt  qazana bilərdi. Ancaq o, daha çox qazanmaq istəyib. Nəticədə isə... 

365 min qazanacaqdı 

Mövsümün əvvəlində “Liverpul”un xanım azarkeşi Tanya Henli sevimli komandasının 4 kubok qazanacağını iddia edib. Söhbət İngiltərə kubokundan, Liqa kubokundan, Çempionlar Liqasından və Premyer Liqa çempionluğundan gedir. Tanya buna o qədər əmin olub ki, mövsümün əvvəlində bukmeker kontoruna 100 dollar yatırıb. Onun proqnozu özünün doğrultsaydı, 365 min funt qazanacaqdı. 

İki kubok qazanılmışdı 

Hər şey xanım fanatın istədiyi kimi gedirdi. “Liverpul” İngiltərə kubokunu və Liqa kubokunu qazanmışdı. Çempionlar Liqasının finalı isə bu gün - mayın 28-də keçiriləcək. Buna qədər isə “qırmızılar” İngiltərə çempionluğunu da qazanmalı idi. Premyer Liqanın son turunda “Liverpul” “Vulverhemton”la qarşılaşırdı. Çempionluq mübarizəsində əsas rəqib “Mançester Siti” isə öz meydanında “Aston Villa”nı qəbul edirdi. 

Bukmeker kontorundan mesaj gəldi 

“Liverpul” qalib gəlməli və “Siti”i xal itirməli idi ki, Tanya proqnozunun doğrulmasına bir addım da yaxınlaşsın. Oyundan bir gün əvvəl bukmeker kontoru Tanya ilə əlaqə saxlayır və ona təminat məbləği təklif edir – 22 min funtu götür və geri çəkil. Tanya imtina edir. İkinci təklif 30 min funt olur. Xanım azarkeş yenə də rədd cavabı verir. Qarşılaşmalar eyni vaxtda başlayır. Oyunların başa çatmasına 20 dəqiqə qalır. “Liverpul” “Vulverhemton”a qalib gəlir – 3:1. “Mançester Siti” isə “Aston Villa”ya məğlub olur – 0:2. Bukmeker kontoru Tanya ilə yenə də əlaqə saxlayır və bu dəfə 95 min funt təklif edir. O isə kontorun bu təklifini də rədd edir. Qalan 20 dəqiqədə “Mançester Siti” 3 qol vuraraq qalib gəlir. “Liverpul” çempion ola, Tanya Henli isə qəpik də qazana bilmir.  

Peşman deyil 

Maraqlısı odur ki, bu, Tanyanın həyatı boyu etdiyi ilk yatırım idi. O, bunun necə baş verdiyi haqda danışıb: “Mən “Liverpul”un bunu edə biləcəyinə möhkəm inanırdım. Bu inamım haqda dostlarıma da dedim. Onlar mənim həddindən artıq inamlı olduğumu görüb yatırım etdilər. Mən də onlara baxıb yatırım etdim”.  Tanya deyir ki, bukmeker kontorunun təklifini geri çevirdiyi üçün peşman deyil, çünki sevimli komandasına sona qədər sadiq qalıb. 

N.Muxtarlı

banner

Oxşar Xəbərlər