Zidan “Barsa”nın fəlsəfəsinə qarşı çıxdı

Zidan “Barsa”nın fəlsəfəsinə qarşı çıxdı

İdman
29 Yanvar 2020, 13:33 1909
"Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının "Barselona” stilində oynaya biləcəyi ilə bağlı sualı cavablandırıb. 
 
Kaspi.az xəbər verir ki, Zidan belə oyun fəlsəfəsinin əleyhinə olduğunu bildirib. O, madridli fanatların da belə stilə qarşı olduqlarını vurğulayıb: 
 
"Kombinasiya xətrinə 1000 ötürmə edilməsini "Bernabeu”dakı azarkeşlərin bəyənəcəyinə şübhə edirəm.  Hər bir komandanın öz stili var. 
 
Mən "Bernabeu”da oynamışam və azarkeşlərin nə istədiklərini yaxşı bilirəm. Onlar istəyirlər ki, futbolçu meydanda var qüvvəsini sərf etsin”.
 
"Real” 46 xalla La Liqada liderlik edir. "Barselona”nın 43 xalı var.